Vətənim Media xəbər verir ki, noyabrın 10-da saat 01:10 radələrində Qubanın Tüləkəran kəndində “Lada Niva” markalı avtomobil dərəyə aşıb. APA-nın Şimal bürosunun məlumatına görə, sürücü idarəetməni itirib.
Qəza nəticəsində sürücü və iki sərnişin xəsarət alıb. Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib.
Əsas mənbə: APA
