Vətənim Media xəbər verir ki, Xaçmaz rayonunun Xudat şəhərində “Hyundai” markalı minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər.
Yanğın avtomobilin mühərrik hissəsinə və idarəetmə lövhəsinə ziyan vurub. Maşının qalan hissəsi yanğından mühafizə olunub.
Əsas mənbə: APA


