Vətənim Media xəbər verir ki, Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində motosikletlə yük avtomobili toqquşub. APA-nın cənub bürosunun məlumatına görə, qəza axşam saatlarında köhnə Ələt-Astara magistralında baş verib.
Toqquşma nəticəsində 2005-ci il təvəllüdlü, rayon sakini olan motosiklet sürücüsü hadisə yerində ölüb. Yük avtomobili “Atego” markalı olub.
Əsas mənbə: APA
