Vətənim Media xəbər verir ki, Bakıda səkkiz istiqamətdə nəqliyyat sıxlığı yaranıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq 1-ci Göl kənarı yolunda Ziya Bünyadov prospektinə doğru, Aeroport şosesində “Koroğlu” metro stansiyası istiqamətində, Heydər Əliyev prospektinin köməkçi yolunda mərkəzə doğru və Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə Atatürk prospekti arasındakı hissəsində qeydə alınıb.
Həmçinin Yusif Səfərov küçəsində, Tbilisi prospektində “20 Yanvar”dan mərkəz istiqamətində, Bakı-Sumqayıt şosesində “20 Yanvar” stansiyasına doğru və “Qələbə” dairəsindən Mətbuat prospektinə gedən istiqamətdə sıxlıq var.
Əsas mənbə: APA
