Vətənim Media xəbər verir ki, Rusiya hökuməti Kalininqrad vilayətinin mümkün blokadasının qarşısını almaq məqsədilə iki dəmiryolu bərəsinin tikintisinə təxminən 50 milyard rubl ayıracaq. Baş nazir Mixail Mişustin bunu müavinləri ilə keçirdiyi müşavirədə bildirib. Vəsaitin əhəmiyyətli hissəsinin Milli Rifah Fondundan ayrılması nəzərdə tutulur.
Mişustinin sözlərinə görə, yeni bərələr regionun zəruri mal və xammalla fasiləsiz təchizatına xidmət edəcək. O, bəzi ölkələrin qanunsuz hərəkətlərinin və nəqliyyat blokadasına cəhdlərin Kalininqraddakı müəssisələrin fəaliyyətinə mane olduğunu bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl Qərb ölkələrinin Kalininqradı blokadaya almaq planlarından xəbərdar olduqlarını deyib. O, belə cəhdlərin fəlakətə aparan birbaşa yol olacağını bildirib.
Əsas mənbə: APA
