Vətənim Media xəbər verir ki, “Semafor”un məlumatına görə, ABŞ administrasiyası Sinqapurun “Megaspeed” şirkətini ticarət üzrə qara siyahıya salmağı nəzərdən keçirir. Qərarın yaxın vaxtlarda qəbul oluna biləcəyi bildirilir.
Şirkət siyahıya daxil edilərsə, ABŞ müəssisələri “Megaspeed”ə və onun xarici bölmələrinə yarımkeçiricilər də daxil olmaqla müəyyən texnologiyaları yalnız hökumətin xüsusi lisenziyası ilə sata biləcək. ABŞ hakimiyyəti şirkəti “Nvidia”nın rəhbəri Censen Huanq ətrafındakı qalmaqalda adı çəkilən Elis Huanqla əlaqələndirir.
Noyabrın ortalarında ABŞ Ədliyyə Nazirliyinin “Nvidia” ilə bağlı bir neçə araşdırma apardığı, onlardan birinin “Megaspeed”ə aid olduğu bildirilmişdi.
Əsas mənbə: APA
