Vətənim Media xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 1,32 dollar bahalaşaraq 96,13 dollara çatıb. Bu, 1,39 faiz artım deməkdir. “APA-Economics”in məlumatına görə, əvvəlki ticarətdə neftin qiyməti 94,81 dollar olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
Əsas mənbə: APA
