Vətənim Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi Li Nan ilə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyi APA-ya məlumat verib.
Görüşdə universitetlə Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələr və hazırda icra olunan beynəlxalq ikili diplom proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Əsas mənbə: APA
