Oqtay Əsədov: “İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır”.

Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, insan sosial şəbəkələri oxuyanda xəcalət çəkir:

“Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar”-deyə Oqtay Əsədov bildirib.

O daha sonra qeyd edib: “Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şey şeydən keçiblər”.  /Modern.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗