Banka borcum var…-“borclu borclunun sağlıqın istət” burda deyib e atalarımız. Bu gün səhər Bank of Baku zəng edib məni muştuluqladı:
-Sizin bizə borcunuz var
-Var
-Gəlin, kreditin hamısın ödüyün, sizə güzəşt edək.
Güldüm və ölkədəki vəziyyəti bank işçisinə xatırlatdım. Amma düzünü deyim ürəyimdə nə gözəl fürsətdi deyə caronavirus çıxaranın dədəsinə rəhmət də oxudum. Nə yaxşı bu karona gəldi ölkəmizə. Nə gözəl xalqız biz…-fürsəti heç dincliyin almağa da qoymuruq. Belə də səxavətli bank olar?
Qeyd: Bu həmin o Bank of Bakudur ki, məni dəfələrlə məhkəməyə verib, bu həmin o bankdır ki, ölkədə olan sonuncu devalvasiya dönəmində azərbaycanlı gənci, yəni məni az qala infakt dərəcəsinə çatdırmışdı. Sonuncu qeyd kimi onu da nəzərinizə çatdırım ki, bu banka mənim borcum hal-hazırda Prezidentin problemli kreditlərlə bağlı fərmanı əsasında icra olunur. Mən bir vətəndaş olaraq Bank of Bakuya ayda 4 manat pul ödüyürəm.
