Bakıda NATO standartlarına uyğun sülhməramlı təlim keçirilir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakıda NATO standartlarına uyğun sülhməramlı təlim keçirilir

Vətənim Media xəbər verir ki, Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində təlimin üçüncü görüşü və birinci səviyyəli özünüqiymətləndirmə təliminin açılışı olub. Tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin hərbi qulluqçuları iştirak ediblər.

Məşğələlər sülhməramlı əməliyyat ssenarisi əsasında, NATO standartlarına uyğun Hərbi Qərar Qəbuletmə Prosesi üzrə planlaşdırma və icra bacarıqlarını əhatə edəcək. Özünüqiymətləndirmə çərçivəsində sülhməramlı tabor və Hərbi Polis bölüyünün texnika və təchizatına baxış keçirilməsi, həmçinin əməliyyatlar zamanı taktiki tapşırıqların yerinə yetirilməsinin qiymətləndirilməsi nəzərdə tutulur. Təlimin məqsədləri sırasında hazırlıq səviyyəsinin artırılması, qarşılıqlı əlaqənin gücləndirilməsi və təcrübə mübadiləsi də var.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗