Vətənim Media xəbər verir ki, 2020-ci il oktyabrın 11-də, saat 02:00 radələrində Gəncə Ermənistan ərazisindən atılan ballistik raketlərlə vurulub. Hərbi əməliyyatlar zonasından kənarda yerləşən şəhərə “Skad-B” taktiki əməliyyat raket kompleksindən atəş açıldığı bildirilir.
Zərbələr nəticəsində “Qələbə parkı” ətrafındakı yaşayış binaları dağılıb, 10 nəfər, o cümlədən 5 qadın həlak olub. Yaralanan 35 nəfərin 6-sı uşaq, 16-sı qadın olub. Vətən müharibəsi ərzində Gəncə ümumilikdə beş dəfə raket və ağır artilleriya atəşinə məruz qalıb; hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb.
Əsas mənbə: APA
