Vətənim Media xəbər verir ki, QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə məktəblərdə vahid geyim formasının şagirdlər arasında sosial bərabərliyi gücləndirdiyini bildirib. Onun sözlərinə görə, eyni formadan istifadə geyimlə bağlı sosial fərqlərin qabardılmasının qarşısını alır və məktəb mühitində bərabərlik prinsipinə dəstək verir.
Hüseynzadə vahid forma ilə bağlı müzakirələrin təhsilin inkişafına dair daha mühüm məsələləri arxa plana keçirdiyini vurğulayıb. O qeyd edib ki, ümumi təhsil müəssisələrində vahid geyim tətbiqi barədə qərar qəbul edilib və belə təcrübə başqa ölkələrdə də mövcuddur. Onun fikrincə, diqqət məktəbli geyimi ətrafındakı müzakirələrdən daha çox təhsilin inkişafına yönəlməlidir.
Əsas mənbə: APA
