Vətənim Media xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində oktyabrın 10-da dörd avtomobilin yandırılması ilə bağlı şəxslər saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin sifarişçilərinin və icraçılarının müəyyən edilərək tutulduğu bildirilir.
Saxlanılanların adları və hadisənin motivi açıqlanmayıb. Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq davam edir.
Yanğın zamanı “Mercedes”, “Lada”, “Hyundai” və “Renault” markalı dörd minik avtomobili tamamilə yanıb.
Əsas mənbə: APA
