Sabunçuda məktəblinin vəziyyəti ağırdır: araşdırma aparılır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Sabunçuda məktəblinin vəziyyəti ağırdır: araşdırma aparılır

Vətənim Media xəbər verir ki, oktyabrın 12-də Sabunçudakı 94 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi tənəffüs zamanı binanın ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. 2014-cü il təvəllüdlü qız saat 12:40 radələrində Sabunçu Tibb Mərkəzinə çatdırılıb. TƏBİB-in məlumatına əsasən, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Şagirdə ilkin zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı müalicə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir. Bakı Şəhər Təhsil İdarəsi hadisə ilə bağlı araşdırma başladıldığını, məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimləri ilə söhbətlər aparıldığını bildirib. Aidiyyəti qurumlar da məsələni araşdırır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗