Vətənim Media xəbər verir ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinə dair 2026 və 2027-ci illər üçün gözləntilərini yüksəldib. Fondun yenilənmiş hesablamalarına görə, profisit 2026-cı ildə ÜDM-in 11,3 faizinə, 2027-ci ildə isə 9,8 faizinə çatacaq.
May ayında açıqlanan əvvəlki proqnozlarda bu göstəricilər müvafiq olaraq 9,7 və 5,4 faiz nəzərdə tutulmuşdu. Beləliklə, BVF 2026-cı il üzrə qiymətləndirməni 1,6 faiz bəndi, 2027-ci il üzrə isə 4,4 faiz bəndi artırıb. 2026-cı ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar hesabında 4,7 milyard ABŞ dolları, yaxud ÜDM-in 12,4 faizi həcmində profisit qeydə alınıb.
Əsas mənbə: APA
