Rivne şəhərində təhsil müəssisəsinə hücumda yaralıların sayı 14-ə yüksəlib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Rivne şəhərində təhsil müəssisəsinə hücumda yaralıların sayı 14-ə yüksəlib

Vətənim Media xəbər verir ki, Ukraynanın Rivne şəhərində təhsil müəssisəsinin binasına edilən hücum nəticəsində yaralananların sayı 14 nəfərə çatıb. Yaralılardan birinin vəziyyəti ağır, daha üç nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Hücum zamanı binanın ikinci mərtəbəsinə və fasadının bir hissəsinə ziyan dəyib. Ərazidə baş verən yanğın lokallaşdırılıb, müvafiq xidmətlərin əməkdaşları hadisə yerində işləyir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗