Ekspert: Vahid məktəbli forması sosial bərabərliyin qorunması üçün vacibdir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ekspert: Vahid məktəbli forması sosial bərabərliyin qorunması üçün vacibdir

Vətənim Media xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi vahid məktəbli geyimindən istifadənin sosial bərabərliyi və sağlam təhsil mühitini qorumaq baxımından vacib olduğunu bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin şagird və müəllimlərin geyimi ilə bağlı qərarına əməl olunması məktəblərdə nizam-intizamın və normal tədris prosesinin təmin edilməsinə xidmət edir.

Ekspert qeyd edib ki, məktəbə fərqli geyimlərdə gələn, saçını rəngləyən və zinət əşyalarından istifadə edən şagird və müəllimlərə rast gəlinib. Qaydalara əməl olunmasına regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlar və məktəb rəhbərləri nəzarət etməli, mütəmadi monitorinqlər aparmalıdırlar.

Əfəndi vurğulayıb ki, geyim qaydalarının icrasına məktəb rəhbərliyi, müəllimlər və valideynlər məsuliyyət daşıyır. Tələblərə əməl edilmədikdə valideynlə söhbət aparıla bilər. Bununla belə, şagirdin təhsil hüququnun qorunmasının vacibliyini qeyd edən ekspert valideynləri övladlarını müəyyən edilmiş qaydalara uyğun geyindirməyə çağırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗