Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində iş axtaranlar üçün əmək yarmarkası təşkil ediləcək. Tədbir saat 10:30-da kənd inzibati binasında başlayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Dövlət Məşğulluq Agentliyi ilə “Clean Home” MMC-nin birgə təşkil etdiyi yarmarkada şirkətin vakansiyaları təqdim ediləcək və uyğun namizədlərin qeydiyyatı aparılacaq. İştirakçılara Agentliyin məşğulluq proqramları barədə də məlumat veriləcək. Yarmarkaya qatılmaq istəyənlərdən şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.
Əsas mənbə: APA
