Bakının üç rayonunda təmir işlərinə görə qaz kəsiləcək

Şrift
Bakının üç rayonunda təmir işlərinə görə qaz kəsiləcək

Vətənim Media xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Binəqədi, Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Saat 10:00-dan işlər başa çatanadək qaz verilməyəcəyi bildirilir. Fasilə Biləcəri qəsəbəsinin bir hissəsini, Qaradağ rayonundakı Lökbatan qəsəbəsinin S. Fərziyev küçəsini və Ramana qəsəbəsinin bir hissəsini əhatə edəcək. İşlərin nə vaxt yekunlaşacağı barədə dəqiq vaxt açıqlanmayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗