Vətənim Media xəbər verir ki, dünya bazarlarında neftin qiyməti yüksəlib. Londonun ICE birjasında 2026-cı ilin dekabrında ixrac ediləcək Brent markalı neftin bir barelinin qiyməti 0,49 faiz artaraq 106,21 dollara çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin noyabr ayı üçün WTI markalı neftin bir bareli 0,51 faiz bahalaşaraq 94,62 dollar olub. Göstərilən qiymətlər müvafiq fyuçers müqavilələrinə aiddir.
Əsas mənbə: APA
