Vətənim Media xəbər verir ki, Şəmkirdə 50 yaşlı kişi yaşadığı evin həyətində hündürlükdən yıxılaraq həyatını itirib. Hadisə rayon sakini, 1976-cı il təvəllüdlü S.Rüstəmovun həyətində baş verib.
O, təxminən 4 metr hündürlükdə yerləşən su çəninin üstündən yerə yıxılıb. Aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Əsas mənbə: APA
