Hersoq Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Hersoq Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirib

Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Hersoq Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbriklərini çatdırıb.

İsrail Prezidenti Azərbaycanın 2026–2028-ci illərdə də təşkilata sədrlik etməsini ölkəyə göstərilən yüksək etimadın göstəricisi adlandırıb. O, Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib. İlham Əliyev bu qiymətləndirməyə görə təşəkkür edərək, Azərbaycanın üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün səylərini davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycan-İsrail münasibətləri, eləcə də beynəlxalq və regional gündəlikdəki məsələlər müzakirə olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗