İlham Əliyev və Emoməli Rəhmon əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
İlham Əliyev və Emoməli Rəhmon əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Tacikistanın dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Tərəflər ikitərəfli əlaqələrin və çoxtərəfli əməkdaşlığın inkişafı imkanlarını, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗