FTB Keş Patelin Rusiyaya getdiyi barədə xəbəri təkzib edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
FTB Keş Patelin Rusiyaya getdiyi barədə xəbəri təkzib edib

Vətənim Media xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) rəhbəri Keş Patelin Rusiyaya səfər etdiyi barədə yayılan məlumatı təkzib edib. Qurumun “X” hesabında bildirilib ki, Patel Virciniya ştatındakı Liberti Universitetində hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təşkil olunan təşəkkür tədbirində iştirak edir.

Bundan əvvəl “MS NOW” telekanalı mənbələrinə istinadən FTB direktorunun danışıqlarda iştirak etmək üçün Rusiyaya getdiyini, səfərinin iki gün davam edəcəyini və Moskva ilə Sankt-Peterburqu əhatə edəcəyini bildirmişdi. Telekanal Patelin 2013-cü ildən bəri Rusiyaya səfər edən ilk FTB rəhbəri olacağını da iddia etmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mümkün səfərlə bağlı məlumatı şərh etməmiş, belə səfərlərin adətən əvvəlcədən elan olunmadığını demişdi.

FTB telekanalın məlumatını rədd edərək, onun mənbələrinin vəziyyətdən xəbərdar olmadığını vurğulayıb. Qurumun açıqlamasına görə, Patel ABŞ-dadır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗