Gəncənin 2020-ci il oktyabrın 17-dəki raket hücumundan 6 il ötür

Şrift
🔊 Xəbəri dinlə — Babək
Gəncənin 2020-ci il oktyabrın 17-dəki raket hücumundan 6 il ötür

Vətənim Media xəbər verir ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Gəncənin Cavadxan qəsəbəsi raket hücumuna məruz qalıb. Hücum zamanı yaşayış evləri dağılıb, 14 nəfər həlak olub, 55-dən çox insan yaralanıb. Həlak olanlar və xəsarət alanlar arasında uşaqlar, qadınlar və yaşlılar da olub; mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Bu, Vətən müharibəsi dövründə Gəncəyə edilən beşinci hücum olub. Həmin ilin oktyabrın 4, 5, 8, 11 və 17-də şəhərə raket və ağır artilleriya zərbələri endirilib. Hücumlar nəticəsində ümumilikdə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb. Oktyabrın 17-dəki hücumla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗