Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı mübarizədə İsrailin dəstəyindən yararlanmalı olduğunu bildirib. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin krallığa artıq ciddi kömək göstərdiyini və bunu davam etdirəcəyini deyib.
Tramp Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulması ehtimalının da yenidən nəzərdən keçirildiyini təsdiqləyib. ABŞ prezidentinin sözlərinə görə, bu ehtimal əvvəlkindən yüksəkdir. O, sazişləri ABŞ-ın ən böyük nailiyyətlərindən biri adlandırıb və Səudiyyə Ərəbistanının həm İsrailin, həm də ABŞ-ın dəstəyindən məmnun olduğunu söyləyib.
Əsas mənbə: APA
