Azərbaycan neftinin qiyməti 2,78 dollar ucuzlaşdı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan neftinin qiyməti 2,78 dollar ucuzlaşdı

Vətənim Media xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin CIF qiyməti 2,78 dollar, yaxud 2,34 faiz azalaraq bir barel üçün 116,26 dollara düşüb.

Əvvəlki ticarət qiyməti 119,04 dollar olan neftin dəyəri bununla da dəyişib. Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 dollar götürülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗