Vətənim Media xəbər verir ki, Ukrayna millisində, Kiyev “Dinamo”sunda və “Dnepr”də çıxış etmiş Roman Maksimyuk Donetsk vilayətində gedən döyüşlərdə həyatını itirib. Onun həyat yoldaşı Vera Maksimyuk bu barədə oktyabrın 16-da məlumat yayıb.
50 yaşlı futbolçu 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. O, həyat yoldaşı ilə sonuncu dəfə 2025-ci il yanvarın 30-da əlaqə saxlayıb və Pokrovsk istiqamətində mövqeyə getdiyini, bir müddət danışa bilməyəcəyini bildirib. Bundan sonra Maksimyukdan xəbər alınmayıb və o, xüsusi şəraitdə itkin düşmüş hesab edilib.
Əsas mənbə: APA
