Bakıda NATO ilə birgə keçirilən hərbi hazırlıq təlimi başa çatıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakıda NATO ilə birgə keçirilən hərbi hazırlıq təlimi başa çatıb

Vətənim Media xəbər verir ki, Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində keçirilən təlim başa çatıb. Proqramın “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” üzrə üçüncü görüşü və birinci səviyyəli özünüqiymətləndirmə təlimi Bakıda təşkil olunub.

Təlimin gedişini Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu izləyib. İştirakçılara ssenari, təhlükəsizlik qaydaları və qiymətləndirmə prosesi barədə məlumat verildikdən sonra tapşırıqlar praktiki şəkildə yerinə yetirilib. Bölmələrin fəaliyyəti, şəxsi heyətin hazırlığı, bilik və bacarıqları yüksək qiymətləndirilib. Yekunda fərqlənən hərbi qulluqçulara sertifikatlar, fəxri fərmanlar və digər mükafatlar təqdim olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗