Vətənim Media xəbər verir ki, Azərbaycanın sərbəst güləşçiləri Anar Cəfərli və Xetaq Karsanov ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıblar.
92 kq çəki dərəcəsində çıxış edən Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkolinini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib. 125 kq-da mübarizə aparan Karsanov isə rusiyalı Andrey Bestayev üzərində 8:1 hesablı qələbə qazanıb.
Bununla Azərbaycanın turnirdə qazandığı medalların sayı beşə çatıb. Daha əvvəl yunan-Roma güləşçisi Elmir Əliyev gümüş, Ruslan Nurullayev bürünc medal əldə edib. Qadın güləşçilərdən Günay Qurbanova isə gümüş mükafat qazanıb.
Əsas mənbə: APA
