Vətənim Media xəbər verir ki, Salyanda avtomobil qəzasında xəsarət alan Masallı sakini Müşviq Mikayılov xəstəxanada vəfat edib. 1970-ci il təvəllüdlü kişi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Qəza Ələt-Astara magistralının Şorsulu kəndi ərazisində baş verib. Masallı sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və iki sərnişin xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.
Əsas mənbə: APA
