Rayonlarda gündüz və gecə yağış, şimşək gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Rayonlarda gündüz və gecə yağış, şimşək gözlənilir

Vətənim Media xəbər verir ki, oktyabrın 19-da Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır. Gündüz yağıntıların bəzi şərq rayonlarında, gecəyə doğru isə şimal və qərb rayonlarının ayrı-ayrı ərazilərində olacağı bildirilir. Ölkənin əksər bölgələrində hava əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, gün əsasən yağmursuz olacaq. Gecə bəzi yerlərdə zəif duman müşahidə edilə bilər. Səhər cənub-şərq küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxt və Abşeronda temperatur gecə 17–20, gündüz 22–25 dərəcə isti olacaq. Rayonlarda gecə 16–19, gündüz 25–30, dağlıq ərazilərdə isə gecə 7–12, gündüz 18–23 dərəcə isti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı ərazilərdə isə güclənən qərb küləyi gözlənilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗