Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov süni intellektin informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar yaratdığını bildirib. O, bu fikirləri Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısının açılışında səsləndirib.
İsmayılovun sözlərinə görə, süni intellekt daha inandırıcı fişinq hücumlarının hazırlanmasına, sosial mühəndislik üsullarının təkmilləşdirilməsinə, səs və görüntülərin saxtalaşdırılmasına, dezinformasiyanın yayılmasına və kibertəhdidlərin daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradır.
O qeyd edib ki, süni intellekt böyük həcmdə məlumatların təhlilini asanlaşdırır, qərarların qəbulunu sürətləndirir və kibermüdafiəni gücləndirir. Bununla yanaşı, texnologiyanın inkişafı təhlükəsizliyə dair ənənəvi yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir.
Əsas mənbə: APA
