Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa hazır olduğunu bildirib. APA-nın məlumatına görə, o, bunu “ABC News” telekanalına müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19,3 faizinə nəzarət edir. O bildirib ki, ərazilərin 25 faizindən imtina Ukrayna Silahlı Qüvvələrinin Donbasdan faktiki çıxması demək olardı.
Əsas mənbə: APA
