Vətənim Media xəbər verir ki, Rosetta kosmik aparatı 2014-cü il oktyabrın 7-də, 67P/Çuryumov-Gerasimenko kometasının səthindən təxminən 16 kilometr aralıda öz fotosunu çəkib. Həmin vaxt aparat Yerdən təxminən 472 milyon kilometr məsafədə idi.
Kadrda kometanın iki paylı nüvəsinin üzərindən toz və qaz axınları görünür, günəş işığı isə Rosettanın 14 metr uzunluğundakı günəş panellərindən birində əks olunur. Təsvir Philae eniş modulunda quraşdırılmış CIVA kameranın qısa və uzun ekspozisiyalarının birləşdirilməsi ilə alınıb.
Bu, Philae ayrılmamışdan əvvəl onun kamerasının çəkdiyi son görüntü idi. Eniş modulu 2014-cü il noyabrın 12-də Rosettadan ayrıldıqdan sonra orbit aparatına tərəf daha bir şəkil çəkib və kometa nüvəsinə enməyə başlayıb.
Əsas mənbə: NASA
