Vətənim Media xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Avropa ölkələrinin Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyəcəyini bildirib. Bu barədə APA-nın Moskva bürosu məlumat yayıb.
Uşakovun sözlərinə görə, danışıqların tarixi yaxın vaxtlarda açıqlanacaq. Görüşün Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur. Kreml danışıqların noyabrın 10-dan sonra olacağını bildirmişdi, Polşanın baş naziri isə görüşün noyabrın 4-nə planlaşdırıldığını demişdi.
Əsas mənbə: APA
