Vətənim Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar qəzası ilə əlaqədar bu ölkəyə başsağlığı verib. APA-nın XİN-in “X” hesabındakı paylaşımına istinadən verdiyi xəbərə görə, nazirlik həlak olanların ailələrinə və yaxınlarına, İspaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı çatdırıb.
Paylaşımda faciədən zərər çəkənlərlə həmrəy olduqları bildirilib, yaralılara tezliklə və tam sağalmaları arzulanıb. İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ən azı 64 nəfər ölüb, 179-dan çox insan yaralanıb.
Əsas mənbə: APA
