Vətənim Media xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə bir neçə şagird rotavirusa yoluxub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi APA-ya bu barədə məlumat verib.
Şagirdlər dərs zamanı özlərini pis hiss etdikdən sonra məktəb rəhbərliyi təcili yardıma məlumat verib. Briqada səkkiz nəfərə yerində tibbi yardım göstərib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, qida zəhərlənməsi faktı təsdiqlənməyib; agentlik hadisə ilə bağlı araşdırmaya başlayıb.
Əsas mənbə: APA
