Vətənim Media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov noyabrın 6-da saat 10:00-da Qəbələ rayon şöbəsinin inzibati binasında vətəndaşlarla görüşəcək. Dövlət Xidmətinin APA-ya verdiyi məlumata görə, qəbula Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşlar dəvətlidir.
Qəbula yazılmaq istəyənlər noyabrın 3-dək qeyd olunan struktur bölmələrinə və ya Dövlət Xidmətinin rəsmi elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər. Qəbul zamanı şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır.
Əsas mənbə: APA
