Konsul leqallaşdırılması sisteminin texniki işlərinin 85 faizi tamamlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Konsul leqallaşdırılması sisteminin texniki işlərinin 85 faizi tamamlanıb

Vətənim Media xəbər verir ki, “Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi yekunlaşıb. Sistemlə bağlı hüquqi sənədlər hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Bu barədə Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclasında bildirilib. Görüşdə həmçinin Azərbaycan Respublikasının “Business Ready” hesabatında 101 ölkə arasında “Biznesə daxilolma” indikatoru üzrə 86 balla 20-ci yeri tutduğu qeyd olunub. İştirakçılar biznesin qeydiyyatı sahəsində islahatları və qanun layihələrini müzakirə ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗