Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Abşeron” Əməliyyat Şirkətində və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində mülki müdafiə məşqləri təşkil edib.
Məşqlərdə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunması və birgə fəaliyyətlərin uzlaşdırılması yoxlanılıb. Təlimlərin məqsədləri arasında heyətin fövqəladə hallara hazırlığının və idarəetmə bacarıqlarının artırılması da olub.
Məşqlərdən sonra nəticələr müzakirə edilib və aidiyyəti üzrə tapşırıqlar verilib.
Əsas mənbə: APA
