Zəfər Günü konserti Dənizkənarı Milli Parkda keçiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Zəfər Günü konserti Dənizkənarı Milli Parkda keçiriləcək

Vətənim Media xəbər verir ki, noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti təşkil olunacaq. Tədbir Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında keçiriləcək.

Konsert Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Proqramda müğənnilər və rəqs kollektivləri iştirak edəcək, gecə atəşfəşanlıqla başa çatacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗