Vətənim Media xəbər verir ki, Fransada alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən etirazlar zamanı 296 nəfər saxlanılıb. “Agence France-Presse” agentliyinin Fransa Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, razılaşdırılmış yürüşlər insidentsiz başa çatıb.
Nazirlik bildirib ki, Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lionda radikal qruplar aksiyalardan sonra şəhər mərkəzlərinə daxil olaraq vandalizm və talançılığa cəhd ediblər.
Əsas mənbə: APA
