Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakının Nizami rayonunda, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yanıb.
Yanğın 1 800 kvadratmetr sahəyə yığılmış materialların 500 kvadratmetrini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovu qısa müddətdə söndürüb, materialların qalan hissəsini yanğından mühafizə edib.
Əsas mənbə: APA
