Vətənim Media xəbər verir ki, 44 günlük müharibənin Zəfərlə başa çatmasının 6-cı ildönümü münasibətilə APA-nın hazırladığı videoda azad Qarabağda canlanan həyat və Böyük Qayıdışdan bəhs olunur. Materialda 8 Noyabrda Şuşanın azad edilməsinin Zəfər yürüşünün zirvəsi olduğu vurğulanır.
Videoda polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının işğaldan azad edilmiş ərazilərdə asayişi və ictimai təhlükəsizliyi qorumaq üçün fasiləsiz xidmət apardığı bildirilir. Materialda Vətən uğrunda həlak olan şəhidlər ehtiramla yad edilir və xalq təbrik olunur.
Əsas mənbə: APA
