Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbə endirdiklərini deyiblər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbə endirdiklərini deyiblər

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini bildiriblər.

Hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, əməliyyatlarda ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub. Husilər Xurays yatağındakı obyektlərə və ölkənin mərkəzində yerləşən əd-Dəvadimi şəhərindəki nasos stansiyasına da hücum etdiklərini açıqlayıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗