Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FOTO – YENİLƏNİB

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FOTO – YENİLƏNİB

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. Prezidentlər memorialın önünə əklil qoyublar.

Prezidentlərə bildirilib ki, memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən yaradılıb. Dörd bölmədən ibarət kompleksdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ekspozisiyalar, tarixi sənədlər və interaktiv materiallar təqdim edilir. Rəcəb Tayyib Ərdoğan memorialın xatirə kitabına ürək sözlərini yazıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗