Vətənim Media xəbər verir ki, NASA-nın məlumatına görə, 1977-ci ildə buraxılan Voyager 1 noyabrın 18-də Yer kürəsindən bir işıq günü məsafəsinə çatacaq. Bu, 25,9 milyard kilometrdən çox məsafədir; Yerdən göndərilən işığın kosmik aparata çatması 24 saat çəkəcək.
NASA noyabrın 17-də bu mərhələni simvolik qızılı işıq dalğası ilə qeyd etməyə çağırır. Noyabrın 19-da isə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında missiyanın üzvləri və rəhbərlərinin iştirakı ilə Voyager 1 və Voyager 2-nin vəziyyəti, elmi müşahidələri və aparatların fəaliyyətini davam etdirməyin çətinlikləri müzakirə olunacaq.
Voyager 1 2012-ci ildə, Voyager 2 isə 2018-ci ildə Günəşin yaratdığı heliosferdən çıxaraq ulduzlararası fəzaya daxil olub. Hər iki aparat bu gün də həmin mühit barədə elmi məlumatlar ötürür.
Əsas mənbə: NASA
