Astaradakı mikroavtobus qəzasında xəsarət alan 4 nəfər xəstəxanadadır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Astaradakı mikroavtobus qəzasında xəsarət alan 4 nəfər xəstəxanadadır

Vətənim Media xəbər verir ki, noyabrın 11-də Astaranın Deqədi kəndi ərazisində mikroavtobus aşıb. Qəza zamanı xəsarət alan 4 nəfər saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-nın cənub bürosuna verilən məlumata görə, xəsarət alan üç kişi və bir qadında müxtəlif nahiyələrin travmaları və sınıqları aşkarlanıb. Onlardan ikisi Cərrahiyyə şöbəsində, digər ikisi isə Təcili tibbi yardım şöbəsində müalicə olunur. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗